EN

Rəqsanənin 1 milyon pul aldığı şəxs ŞOK VİDEO yaydı

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın işi üzrə zərərçəkmiş Məşədiəli Nağıyevin kürəkəni açıqlama yayıb.

Gündüz Məmmədov açıqlamasında Rəqsanəyə qardaşı ilə birgə pul verdiyini deyib.

G.Məmmədovun sözlərinə görə, müğənnidən əlavə, bu məsələdə həyat yoldaşı Fazil Əmiraslanov da rol oynayıb: "2022-ci ildə qayınatamın vətəndaşlığının bərpası ilə bağlı problemi yaranmışdı. Rəqsanə və həyat yoldaşı Fazil Əmiraslanov özləri bizə müraciət etdilər. Dedilər ki, bəs, Rusiyanın hüquq-mühafizə orqanlarında yüksəkrütbəli tanışlar var, sizin işinizi həll edə bilərik. Onların adından istifadə edərək bizdən 520 min dollar pul aldılar. Qayınatamdan əlavə bizim ailə də pul qoymuşdu. Həmin pulu Rəqsanə və ərinə şəxsən mən və qardaşım birlikdə vermişik. Üstündən uzun müddət keçdikdən sonra anladım ki, onların yüksəkvəzifəli tanışı yoxdur, bizi aldadıblar. Kifayət qədər sübutlarımız-səs yazıları, videoçəkilişlər var. Nə qədər onlarla dil tapmağa çalışdıq, amma nəticə əldə etmədik. Sonda hüquq-mühafizə orqanlarına müraciət etrmək məcburiyyətində qaldıq".

G.Məmmədov əllərində olan bütün dəlil və sübutları istintaqa təhvil verdiklərini qeyd edib.

Xatırladaq ki, Rəqsanəyə Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

 

Day.Az 

Chosen
105
25
hurriyyet.az

10Sources