Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.
Ajans.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi tərəfindən məlumat yayılıb. Məlumata görə, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.