EN

ABŞ-də qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edildi

“Erin” qasırğası Karib hövzəsindən sürətlə ABŞ-nin şərq sahillərinə yaxınlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Karolina Qubernatorluğu məlumat yayıb.

Ştat hökuməti sahil xəttinə lazımi avadanlıq və personal dəstəyini artırıb. Qubernator Coş Steyn qasırğa təhlükəsinin yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib. Ölçüsü və intensivliyinin artması gözlənilən qasırğanın sel və dağıntılara səbəb olacağı gözlənilir. Vətəndaşlardan təcili yardım dəstləri toplamaq və zəruri hallarda evakuasiya əmrlərinə hazır olmaq tövsiyə olunur.

Chosen
37
4
bakivaxti.az

5Sources