EN

MİQ müəllimləri müsahibəyə dəvət etdi

Avqustun 20-də rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsahibələr təşkil olunub.
Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsahibələrin ilk gününə 872 nəfər dəvət olunub.
Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Chosen
20
32
onn.az

10Sources