Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Operativ Media xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, Azərbaycanın daha bir güləşçisi Ruzanna Məmmədova finala vəsiqə qazanıb.
R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.