EN

Əfqanıstanda yanğınla nəticələnən zəncirvari yol qəzasında ölənlərin sayı 79-a çatıb

Əfqanıstanın Herat vilayətində avtobus, motosiklet və yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 79-a çatıb.

"Report" "İndependent"ə istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Əbdül Mətin Kani bildirib.

Ölənlər arasında 19 uşağın olduğu, daha iki nəfərin yaralandığı bildirilir.

"Tolo News" agentliyi həmin rəsmiyə istinadən bildirir ki, qəza avqustun 19-da axşam saatlarında Quzara rayonunda baş verib. Toqquşma nəticəsində yanğın baş verib və bir çoxları yerindəcə ölüb.

Hadisə şahidi AFP-yə bildirib ki, avtobusdan yalnız üç nəfər xilas edilib. Yerli hərbi hospitalın baş həkimi jurnalistlərə bildirib ki, meyitlərin çoxu yandığından tanınmaz haldadır.

Daha əvvəl qəza nəticəsində 71 nəfərin öldüyü bildirilirdi.

Chosen
45
6
report.az

7Sources