EN

“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Riko Luislə müqavilə müddətini uzadacaq.

"Report" “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Mənbənin məlumatına görə, hazırkı müqaviləsi 2028-ci ilə qədər olan oyunçu "şəhərlilər"dən ayrılmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Riko Luis "Mançester Siti"nin yetirməsidir və 2022-ci ildən bu klubda çıxış edir. O, ötən mövsüm 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
9
2
report.az

3Sources