EN

NATO Ukrayna üçün təhlükəsizlik planlarının hazırlanmasında iştirak etməyəcək

NATO Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planların tapılmasına kömək etməyə hazırdır, lakin belə planların hazırlanmasında birbaşa iştirak etmək niyyətində deyil.

Bu barədə ANSA agentliyi Brüsseldəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, NATO ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başlayan sülh prosesi çərçivəsində təhlükəsizlik təminatları məsələsinin müzakirə edildiyi iclasda bu qərara gəliblər.

Mənbənin qeyd etdiyi kimi, müttəfiqlərin bu istiqamətdə atacağı hər hansı addım NATO-nun müdafiə planlarına zidd olmamalıdır.

MənbəREPORT
Chosen
45
2
banker.az

4Sources