EN

Litva Ukraynaya qoşun göndərməyə hazırdır

Litva Ukraynada istənilən sülhməramlı missiya üçün hərbi qüvvə və texnika ayırmağa etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nausedanın açıqlamasında deyilir.

"Biz sülhün dəstəklənməsi üçün parlamentin icazə verdiyi qədər qoşun və hərbi texnika ayırmağa hazırıq", - o bildirib.

Xatırladaq ki, daha əvvəl “Boomberg” agentliyi təxminən 10 ölkənin döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya qoşun göndərməyə hazır olduqları barədə xəbər yaymışdı.
Chosen
10
2
sherg.az

5Sources