EN

“Sabah” iki məşqçi ilə müqavilə bağlayıb

“Sabah” basketbol klubunun məşqçilər korpusunda dəyişiklik olub.

İdman.biz xəbər ki, komanda iki mütəxəssislə müqavilə imzalayıb.

Aleksandar Trifunoviç "Sabah"ın məşqçilər heyətində yer alacaq. Tanınmış serb mütəxəssis karyerası ərzində “Srvena Zvezda”, “Jalgiris”, “Ritas” kimi klublarda işləyib. 2022-ci ildə bir müddət milli komandamıza da rəhbərlik edən Aleksandar Trifunoviçlə 1 illik müqavilə imzalanıb.

Litvalı köməkçi məşqçi Mindauqas Janiska ilə də 1 illik razılıq əldə olunub.

İdman.biz

Chosen
51
5
idman.biz

10Sources