EN

Zəngəzur dəhlizinin Türkiyə tərəfdən tikintisi başlanır - Avqustun 22-də təməllər atılacaq

Zəngəzur dəhlizinin Türkiyə tərəfdən tikintisi başlanır. Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat verib.

Türkiyəli nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.

Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.

“Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt oldə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib.

O əlavə edib ki, Lahiyədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq

Chosen
9
7
turkustan.az

10Sources