"Tottenhem"in bir müddətdir danışıqlar apardığı futbolçu "Arsenal"a keçmək üzrədir.
Offsideplus.az xəbər verir ki, söhbət 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Ebereçi Ezedən gedir.
Futbolçu "Tottenhem"ə keçməyə çox yaxın idi. Lakin "Arsenal"da Kai Havertzin zədələnməsi ilə "topçular" təcili şəkildə Ebereçi üçün rəsmi danışıqlara başlayıb.
Məhz bundan sonra futbolçu qərarını dəyişdirdi və "Tottenhem" əvəzinə "Arsenal"a keçməyi seçdi.
Bu transferin 65 milyon avroya baş tutması gözlənilir.