EN

ŞOK: Qərbin “NATO tipli” planı Ukraynanı müdafiəsiz qoya bilər

Ukrayna üçün Qərbdə müzakirə edilən “NATO kimi” təhlükəsizlik zəmanətləri ölkələrin avtomatik olaraq Kiyevin müdafiəsinə qoşulmasını nəzərdə tutmur.

Bu barədə Editor.az xəbər verir ki, Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sözügedən model çərçivəsində Ukrayna ilə ikitərəfli saziş imzalayan dövlətlər Rusiyanın yenidən hücum edəcəyi təqdirdə 24 saat ərzində məsləhətləşmələr aparmalı və hansı dəstəyin göstəriləcəyi barədə qərar verməlidir.

Mümkün yardım paketinə aşağıdakılar daxildir:

Ukraynaya tez və davamlı müdafiə dəstəyi (silah və hərbi texnika);

iqtisadi yardım;

Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi;

Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi.

//Samir Qurbanov, Editor.az 

Chosen
18
editor.az

1Sources