EN

Pezeşkian: ABŞ İranın nüvə obyektlərinə hücum etməklə beynəlxalq hüququ pozub

ABŞ İranın nüvə obyektlərinə hücum etməklə bütün beynəlxalq norma və standartları pozub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlarda deyib.

“Bu hücumlar bütün beynəlxalq norma və standartları pozmaqla həyata keçirilib: Onlar beynəlxalq hüququ və hamılıqla qəbul edilmiş bütün normaları tapdalayıblar. İran İslam Respublikası heç vaxt heç kimə qarşı müharibə başlatmayıb. Ancaq hücumların hədəfinə çevrildiyimiz zaman buna uyğun cavab verməliyik”, – o vurğulayıb.

Pezeşkian qeyd edib ki, bu hücumlar təkcə İrana qarşı deyil, həm də dünyanın bütün müstəqil ölkələrinə qarşı yönəlib.

Chosen
8
3
nocomment.az

4Sources