EN

Azərbaycanda evlər bahalaşdı - Foto

Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinin “Sosial, İqtisadi, İnkişaf” adlı məcmuəsində qeyd olunub. 

Məcmuədə əks olunan məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə 101,1 faizə bərabər olub.

Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:


Chosen
41
22
qafqazinfo.az

10Sources