EN

Böyük Britaniyada inflyasiya 18 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin kredit faizlərini proqnozlara uyğun olaraq sabit saxlayıb.

Banco.azxəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) iyul ayına dair inflyasiya göstəricilərini açıqlayıb.

Məlumata görə, illik inflyasiya iyulda 3,8%-ə yüksələrək 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə inflyasiyanın 3,7% səviyyəsində olacağı istiqamətində idi.

İyul ayında aylıq inflyasiya 0,1% təşkil edib. Proqnoz isə qiymətlərin sabit qalacağı istiqamətində idi.

Enerji və ərzaq qiymətləri istisna edildiyi zaman hesablanan baza inflyasiya illik əsasda 3,8% olub və bazar gözləntiləri olan 3,7%-i üstələyib. Xidmət sektorunda inflyasiya isə illik 5% təşkil edib. İqtisadçıların proqnozu 4,8% idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
35
32
banco.az

10Sources