EN

"Yuventus" bu transferdən 30 milyon qazanacaq

 

“Nottinqem Forest” “Yuventus”un futbolçusu Duqlas Luis üçün hərəkətə keçib.

"Unikal" fanat-a istinadən xəbər verir ki, klub braziliyalı yarımmüdafiəçi Duqlas Luisin transferində son mərhələyə yaxınlaşıb.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

İddialara görə, İngiltərə təmsilçisi futbolçunu tam transfer haqqı ilə heyətinə qatmaq niyyətindədir.

Məlumata əsasən, “Forest” 30 milyon avro civarında təklif irəli sürüb.Transferin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Duqlas Luis ötən yay “Aston Villa”dan “Yuventus”a transfer olunmuşdu.

Chosen
8
unikal.az

1Sources