EN

Fahriye şiddətə məruz qalıb? - qonşular hər şeyi danışdı

Evliliklərində uzun müddətdir problem yaşadıqları deyilən Fahriye Evcen və Burak Özçivit cütlüyü barədə bu dəfə şiddət iddiaları irəli sürülüb. Evdə baş verən mübahisə zamanı qonşuların yüksək səslər eşitdiyi, davanın isə tətil zamanı da davam etdiyi iddia olunub.

Şou-biznes dünyasının sevimli cütlüyü Fahriye Evcen və Burak Özçivit tez-tez ayrılıq xəbərləri ilə gündəmə gəlir. Daha öncə dəfələrlə ayrıldıqları iddia olunan, lakin bu söz-söhbətləri susqunluq və ya paylaşımlarla təkzib edən cütlük bu dəfə evdə mübahisə və şiddət iddiası ilə gündəmə gəlib.

2013-cü ildə "Çalıkuşu" serialının çəkiliş meydançasında tanış olan və 2017-ci ildə ailə quran Evcen və Özçivit iki övladları ilə birlikdə şou-biznes dünyasının nümunəvi ailəsi kimi görülürdü. Lakin son illərdə cütlük haqqında tez-tez "ayrılırlar?" sualı gündəmə gəlir. Sosial mediada edilən şərhlər və zaman-zaman profillərdə edilən kiçik dəyişikliklər bu söz-söhbətləri daha da alovlandırır.

Lakin bütün bu hadisələrin ardınca ortaya atılan yeni iddia əvvəlkilərdən daha diqqət çəkicidir. "Beyaz Magazin" verilişində irəli sürülən xəbərə görə, cütlüyün evində şiddətli mübahisə yaşanıb. Qonşuların yüksək səslər eşitdiyi, hətta mübahisənin şiddət həddinə çatdığı iddia olunub. İddialara əsasən, Evcenin sosial media profilində etdiyi dəyişiklik də bu davanın əks-sədası olub. Cütlüyün son paylaşımından sonra tətil zamanı da mübahisə etdikləri deyilir.

Cütlüyə yaxın mənbələrdən və ya menecerlərindən hələlik rəsmi açıqlama verilməyib. Lakin sosial mediada yazılan şərhlər məsələnin ciddiliyini qoruduğunu göstərir. Xüsusilə övladları olan bir ailə ilə bağlı "şiddət" iddialarının gündəmə gəlməsi pərəstişkarlarını narahat edib.

Daha öncə dəfələrlə ayrıldıqları iddia edilən və hər dəfə bu şayiələri arxada qoyan Fahriye Evcen və Burak Özçivit cütlüyünün bu dəfə necə reaksiya verəcəyi maraq doğurur. Şiddət iddialarının doğru olub-olmadığı hələlik dəqiqləşməsə də, ictimaiyyətin gözü məşhur cütlüyün açıqlamasına yönəlib.

Lalə Qüdrətova
Milli.Az

Chosen
19
1
milli.az

2Sources