Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Bakues.az xəbər verir ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.