EN

İranın sabiq prezidenti xəstəxanaya yerləşdirildi

İranın sabiq prezidenti Məhəmməd Hatəmi xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Onun qardaşı Məhəmmədrza Hatəmi bildirib ki, sabiq dövlət başçısı infarkt keçirib.

Məlumata görə, uzun sürən sinə qəfəsi ağrısı və digər simptomlar müşahidə edildikdən sonra həkimlər Məhəmməd Hatəmiyə ürək xəstəliyi və qan damarlarında tıxanma diaqnozu qoyublar. O, angioplastika əməliyyatı keçirib.

Xatırladaq ki, Hatəmi İranın beşinci prezidenti kimi 1997-2005-ci illər arasında vəzifədə olub.
Chosen
21
7
sherg.az

8Sources