Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi barədə qərar qəbul etmək vaxtı hələ gəlməyib.
"Report"un məlumatına görə, bu barədə "Sat.1" telekanalının efirində Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl bəyan edib.
"İndi belə cavablar vermək üçün hələ çox tezdir", - deyə Klinqbeyl müvafiq suala cavab verib.
Onun sözlərinə görə, əvvəlcə gözləmək və Rusiya ilə Ukrayna arasında, həqiqətən, sülh olub-olmayacağını görmək lazımdır.
"Bunun üçün, ilk növbədə güclü Ukrayna ordusu lazımdır. Sonra baxarıq daha nə etmək olar. Lakin bunlar Almaniya hərbi qüvvələri olacaq ya yox, bu sual indi gündəmdə deyil", - deyə Almaniyanın vitse-kansleri sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, hazırda Almaniyada Ukraynaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı qızğın müzakirələr aparılır.