EN

Yaponiyada uzunmüddətli istiqrazların gəlirliliyi son 26 ilin ən yüksək səviyyəsinə çatıb

Yaponiyanın uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyi maliyyə genişlənməsi ilə bağlı davamlı narahatlıqlar və əsas investorların tələbinin azalması səbəbindən onilliklərin ən yüksək səviyyəsinə qalxıb.

"Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

20 illik istiqrazın gəlirliliyi cümə axşamı 2.655 %-ə çataraq 1999-cu ildən bəri ən yüksək səviyyəyə çatıb. 30 illik gəlirlilik də 3.185 %-ə yüksələrək ilk təqdim edildiyi vaxtdan bəri yeni rekord səviyyəyə qalxıb.

Nəşr qeyd edib ki, bu, investorların iyulda hakim koalisiyanın yuxarı palata seçkilərində məğlubiyyətindən sonra potensial maliyyə stimuluna hazırlaşdığı bir vaxtda baş verib. BU yüksəliş istiqraz emissiyasını artıra və uzunmüddətli notlara təzyiq göstərə bilər.

Yaponiya Qiymətli Kağızlar Dilerləri Assosiasiyasının məlumatına görə, 10 ildən çox müddətdə ödənilən istiqrazların xarici xalis alışları iyulda 480 milyard yenə (3.3 milyard dollar) düşüb. Bu, iyun ayında görülən məbləğin yalnız üçdə biridir və ilin əvvəlində güclü alışlardan sonra xarici investorların geri çəkildiyini göstərir.

Chosen
50
32
report.az

10Sources