EN

Rusiya ordusu Ukraynanın Zakarpatye vilayətinə zərbə endirdi

BAKI, 21 avqust. TELEQRAF

Rusiya gecə saatlarında Ukraynaya qarşı kütləvi raket-dron hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, hücum zamanı Zakarpatye vilayətinin Mukaçevo şəhərinə zərbələr endirilib.

Şəhər şurası hücumu təsdiqləyib.

"Hücum nəticəsində şəhərin müəssisələrindən birinin ərazisinə zərbə endirilib. Hadisə yerində xilasetmə xidmətləri işləyir", - şəhər şurasından bildirilib.

Şura sakinləri sakitliyi qorumağa və hər kəsin təhlükəsizliyi naminə hadisə yerindən foto və video paylaşmamağa çağırıb.

Chosen
10
teleqraf.com

1Sources