EN

Avropa ABŞ-dən Rumıniyada qırıcı təyyarələr yerləşdirməyi xahiş edib

Bir sıra Avropa ölkələri Birləşmiş Ştatların Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi çərçivəsində Rumıniyada öz döyüş təyyarələrini yerləşdirməsini istəyib...

Poliqon xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Avropanın yüksək səviyyəli hərbi liderləri NATO-nun Avropada ən böyük hava bazasını tikdiyi Rumıniyada Amerika F-35-lərinin yerləşdirilməsini müzakirə edirlər”, məqalədə qeyd edilir.

Qəzetin yazdığına görə, müttəfiqlər Vaşinqtondan Ukraynanın Amerika kəşfiyyatına çıxışına və Amerika peykləri vasitəsilə GPS-dən istifadə imkanlarına zəmanət verməsini istəyirlər.

Bundan əlavə, Avropa ölkələri ABŞ-dan Kiyevi “Patriot” və “NASAMS” zenit-raket kompleksləri ilə təchiz etmək öhdəliyini, həmçinin gələcəkdə Qara dəniz üzərində kəşfiyyat təyyarələrinin istifadəsinə icazə verməsini gözləyir. Nəşr xatırladıb ki, Ukrayna münaqişəsinin ilk aylarından Böyük Britaniya Hərbi Hava Qüvvələri Amerikanın RC-135 Rivet Joint təyyarələrindən istifadə etməklə bu regionda fəal şəkildə kəşfiyyat uçuşları həyata keçirir, lakin bu gəmilərdən istifadə yalnız Vaşinqtonun razılığı ilə mümkündür.

Poliqon.info 

Chosen
13
1
poliqon.info

8Sources