"Real Madrid" qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri X sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında yeni iki illik müqavilə ilə bağlı şifahi razılıq əldə olunub.
33 yaşlı belçikalı 2018-ci ildən "Real Madrid"də çıxış edir. O, Madrid təmsilçisində bütün yarışlarda 289 oyun keçirib və 282 qol buraxıb.