Azərbaycan Kooperasiya Universitetinin keçmiş rektoru Mahmud Quluzadə vəfat edib.
Redaktor.az xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib.
O, 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələngli kəndində anadan olub.
1992 - 1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik edib.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb.
Həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyirdi.
2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.