EN

Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu

  Sabunçuda televizor pultu ilə arvadına xəsarət yetirən şəxs həbs edilib.

Referas-ın məlumatına görə, hadisə bu ilin martında baş verib.

 
Belə ki, təqsirləndirilən şəxs arvadı ilə aralarında olan mübahisə zamanı otağın qapısına yumruq vurub, bu zaman zərərçəkmişin nalayiq ifadələr işlətdiyini eşidib qəzəblənərək masanın üzərində olan televizor pultunu ilə baş nahiyəsindən bir dəfə zərbə vurub. Təqsirləndirilən şəxs bundan sonra evdən çıxıb gedərək rayonda yaşamağa başlayıb. Təqsirlən şəxs qeyd edib ki, onun iki barmağı yoxdur, əlində infeksiya yarandığı üçün Türkiyəyə müalicəyə gedib, qayıdarkən onu hava limanında saxlanılıb. Məhkəmədən yayınmaq fikri olmayıb.

Hadisəyə səbəb olan mübahisə isə onların qızı ilə bağlı olub. Belə ki, onların qızı bir müddətdir əri ilə mübahisə etdiyi üçün onlarla birgə yaşayırmı. Hadisədən əvvəl onun əri gələrək öz evlərinə aparıb. Bundan qəzəblənən təqsirləndirilən şəxslə zərərçəkmiş arasında mübahisə başlayıb./Trend  

Chosen
10
1
referans.az

2Sources