EN

Azərbaycanın qadın güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.

R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.

Qeyd edək ki, Günay Qurbanova (59 kiloqram) isə bu gün bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqi sınağa çəkəcək.

Chosen
29
7
azertag.az

10Sources