EN

Keçmiş rektor vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin sabiq rektoru Mahmud Quluzadə vəfat edib.

News24.az xəbər verir ki, professor 86 yaşında dünyasını dəyişib.

O, 1992 - 1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik edib.

1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb.

Həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyirdi.

2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.

Chosen
68
9
news24.az

10Sources