EN

İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan şəxslərin sayı 158 min 509 nəfər olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, onların 131 min 657 nəfərini kişilər, 26 min 852 nəfərini isə qadınlar təşkil edib.

Verilən vəsiqələrdən 95 min 117-si, yəni kişilərə verilən vəsiqələrdən 87 min 784-ü, qadınlara verilən vəsiqələrdən isə 7 min 333-ü dəyişdirilən vəsiqələr olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
12
oxu.az

10Sources