EN

Rusiya Azərbaycandan elektrik enerjisi alışını 47%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya təqribən61,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,7milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 6,9 milyon kVt/saat və ya 12,8%, dəyərifadəsi ilə 865 min ABŞ dolları, yaxud 46,7% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində RusiyadanAzərbaycana 1,4 milyon ABŞ dolları dəyərində, 41,5 milyon kVt/saathəcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 71 min ABŞ dolları və ya 5,3% çox, həcm ifadəsində isə5,4 milyon kVt/saat və ya 11,5% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandanAzərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saatelektrik enerjisi idxal edilib.

Məqalədə:
Chosen
7
5
az.trend.az

6Sources