EN

Hərbi Prokurorluqda “962” Etimad xətti yaradılıb

Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda aparılan köklü və intensiv islahatlar çərçivəsində "962" Etimad xətti yaradılıb.

Məqsəd Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılmasını, şəffaflığın artırılmasını, eləcə də müraciət imkanının asanlaşdırılmasını təmin etməkdir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazıları qeydə alınacaq və xətt fasiləsiz fəaliyyət göstərəcək. Müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

XQ

Chosen
4
25
xalqqazeti.az

10Sources