EN

Şimali Koreyanın Çinlə sərhəddə gizli hərbi baza inşa edilib

Şimali Koreya Çinlə sərhədi yaxınlığında ən yeni uzaqmənzilli ballistik raketlərini yerləşdirə biləcək gizli hərbi baza inşa edib.

Bakues.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında deyilib.

Sinpunq-donq raket bazası Çin sərhədindən təxminən 27 kilometr məsafədə yerləşir.

Materialda qeyd edilib ki, Şimali Pyonqan əyalətindəki obyektdə 6-9 nüvə gücünə malik qitələrarası ballistik raketlər (ICBM) və onların buraxılış qurğuları var.

CSIS-ə görə, bu silahlar Şərqi Asiya və kontinental ABŞ üçün potensial nüvə təhlükəsi yaradır.

Şimali Koreya 2019-cu ildə ABŞ ilə uğursuz danışıqlardan sonra nüvə silahı proqramını gücləndirib. Koreya lideri Kim Çen In bu yaxınlarda diplomatik cəhətdən təcrid olunmuş ölkəsinin nüvə potensialının sürətlə genişləndirilməsinə çağırıb.

Chosen
66
1
icma.az

2Sources