EN

Piyadalar magistral yolda yolu haradan keçməlidirlər? – BDYPİ açıqladı

Bakı.Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin maarifləndirici “1 sual – 1cavab” rubrikası hərəkət iştirakçılarının ən çox maraqlandığıməsələləri işıqlandırmağa davam edir. Rubrikada bu dəfə magistralyollarda piyadaların hərəkəti mövzusu gündəmə gətirilib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Məlumdur ki, magistral yollar sürət rejiminin yüksək olduğu,intensiv hərəkətin müşahidə edildiyi ərazilərdir. Belə yollardapiyadaların qaydalara uyğun davranışı həm onların özlərinin, həm dədigər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün həllediciəhəmiyyət daşıyır.

Rubrikada məhz bu mövzuya toxunularaq “Piyadalar magistral yoldayolu haradan keçməlidirlər?” sualına rəsmi izah verilib.

Layihənin məqsədi hərəkət iştirakçılarının gündəlik həyatdaüzləşdiyi suallara sadə və aydın cavablar təqdim etməklə onlarınyol hərəkəti qaydaları barədə biliklərini artırmaqdır"-məlumatdadeyilir.

Chosen
27
9
az.trend.az

10Sources