BAKI, TurkicWorld
Gəncə şəhər stadionunun tikinti işlərinin 95 faizi yekunlaşıb.
TurkicWorld xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Maddi Texniki Təchizat şöbəsinin müdiri Elmir Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Gəncə şəhər stadionunun ərazisi əvvəllər 8.7 hektar idi:
"Hazırda ərazi 12 hektardan çox genişləndirilir. Həm azərkeşlərin, həm də futbolçuların təhlükəsiz giriş-çıxışı təmin olunub. Bina müasir üslubda inşa edilib. Bu da Gəncə şəhərinin ümumi görnüşünə gözəllik qatır".
E.Mehdiyev qeyd edib ki, stadionda 13300-dən artıq tamaşaçılar üçün yer ayrılıb:
"Fiziki imkanları məhdud şəxslər üçün də ayrıca yerlər nəzərdə tutulub. Stadion UEFA-nın 4-cü kateqoriya standartlarına da uyğundur. İşıqlandırma və səs sistemləri, fitness zal, restoran, kafelər, bilet satışı məntəqələri də yüksək keyfiyyətli təchiz olunub".