EN

QHT “Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı layihə tədbiri keçirib -- FOTOLAR » AzadMedia.az


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Astara rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirməsi” adlı layihə tədbiri keçirib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Astara rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə üzrə tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Astara rayonunda keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Nəzarət-təftiş komissiyasının sədri Niyazi Quliyev, Birliyin Nərimanov rayon şöbəsinin sədri Fəqan Nəsibzadə, Astara rayon şöbəsinin sədri Əmir Abıyev, Astara rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsənzadə Turan, Astara rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Nihad Allahverdiyev və rayon veteranları iştirak iştirak etmişdir.

Astara rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsənzadə Turan çıxış edərək bildirdi ki müharibə veteranları və şəhid ailələrinin qarşılaşdıqları problemləri rayon rəhbərliyi qisa zamanda həll edir. Rayonumuzda həssas təbəqədən olan insanlar hər zaman diqqət məkəzindədir.

Layihə rəhbəri V.Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verərək bildirdi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş I və II Qarabağ müharibəsində iştirak etmiş veteranların hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılması, eləcə də layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdan ibarətdir.

Layihə rəhbəri V.Abdurəhmanov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Astara rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində İctimai Birlik kimi hər bir veteranın yanında olacaqlarını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.

Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün AVMVİB daim veteranlarımızın yanındadır.

Fotolar
Chosen
14
9
azadmedia.az

10Sources