Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Yarışda 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.
R.Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş bu gün keçiriləcək.
Qeyd edək ki, Avropa çempionu Günay Qurbanova (59 kiloqram) isə dünən kanadalı rəqibi Ella Findinqə 4:1 hesabı ilə qalib gələrək bürünc medala sahiblənib.
Daha öncə kişilərin yarışında Vasif Bağırov (57 kq) bürünc medal uğrunda qarşılaşmada moldovalı Yon Bulqarunu 8:2 hesabıyla məğlub edib.
Qabil YUSİFOĞLU
XQ