EN

Neft bazarında artım yönü

ABŞ Qida və Dərman İdarəsi (FDA), İndoneziya mərkəzli “PT. Bahari Makmur Sejati” (BMS Foods) şirkətinə aid dondurulmuş karideslərin radyoaktiv maddəyə məruz qala biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ gömrük orqanları Los-Anceles, Hyuston, Savanna və Mayami limanlarına gələn konteynerlərdə yoxlamalar aparıb və sezyum-137 (Cs-137) aşkar ediblər.

Analizlər göstərib ki, bir partiya örtülü (breaded) karidesdə radioaktiv maddənin mövcudluğu təsdiqlənib. Bu məhsullar ölkəyə buraxılmayıb və bazara çıxarılmayıb.

 

Əvvəl idxal olunan məhsullar da risk daşıyır

 

FDA qeyd edib ki, eyni şirkətdən əvvəllər idxal edilmiş karideslər də risk daşıya bilər. Həmin dövrdə aparılan testlərdə radioaktivlik aşkar edilməsə də, məhsulların mümkün kontaminasiya şəraitində işlənə biləcəyi bildirilib və istehlak olunmaması tövsiyə edilib.

FDA-nın açıqlamasına görə, “Walmart” bəzi şübhəli partiyaları qəbul edib. Buna görə agentlik “Walmart”a məhsulları geri çağırmağı tövsiyə edib və istehlakçılara müvafiq lot nömrələrini yoxlayaraq karidesləri tullamağı və mütləq yeməməyi tövsiyə edib.

***

Azərbaycana da karides idxal olunur. Ən çox idxalı həyata keçirən ölkələr arasında Çin, Hindistan, Vyetnam, Ekvador və Tailandi qeyd etmək olar. Bu ölkələr, xüsusilə dondurulmuş və hazır məhsul şəklində karides istehsalı ilə məşhurdur və beynəlxalq bazarlarda geniş yayılmış ixracatçılardır.

Karides ölkəmizdə əsasən supermarketlərdə, balıq mağazalarında və restoranlarda satılır. Bu məhsulların çoxu xarici istehsalçılardan idxal edilir. Son dövrlərdə bəzi yerli istehsal cəhdləri olsa da, ümumilikdə idxal həcmi yüksəkdir.

***

Qeyd edək ki, Azərbaycana İndoneziyadan qida və dəniz məhsulları da idxal olunur, amma həcmi və çeşidi məhduddur. Ən çox idxal edilənlər bunlardır:

Dondurulmuş və ya işlənmiş dəniz məhsulları

Karides, krevet, kalamar, balıq fileləri

Bəzən dondurulmuş qarışıq dəniz məhsulları

 

Quru və işlənmiş tropik məhsullar

Kokos, quru meyvələr (manqo, ananas)

Tropik ədviyyatlar və otlar

 

İstehsal və emal edilmiş qida məhsulları

Hazır souslar, şirinliklər, qənd və şokolad məhsulları

İçəcək və konservləşdirilmiş məhsullar

Son zamanlarda FDA xəbərdarlığı ilə diqqət çəkən radioaktiv maddəyə yoluxmuş karideslər ABŞ bazarında aşkarlanıb, amma Azərbaycana idxal olunan partiyalar üçün belə bir məlumat yoxdur.

Chosen
16
2
vaxt.az

3Sources