Ötən gecə Rusiyanın Ukraynaya hücumunda 574 dron və 40 raketdən istifadə edilib...
APA Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, dronlardan 546-sı, raketlərdən isə 31-i zərərsizləşdirilib.
Bildirilib ki, neytrallaşdırılan raketlər arasında 1 ədəd “Kinjal” raketi də olub.
Qeyd edək ki, Rusiya qoşunları avqustun 21-nə keçən gecə Ukraynanın Zakarpatye vilayətinin Mukaçev şəhərinə hücum edib.
Poliqon.info