EN

Piyadalar magistral yolu haradan keçməlidirlər? – BDYPİ cavablandırır

Bakı, 21 avqust, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) maarifləndirici “1 sual – 1 cavab” rubrikası hərəkət iştirakçılarının ən çox maraqlandığı məsələləri işıqlandırmaqda davam edir.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, rubrikada bu dəfə magistral yollarda piyadaların hərəkəti mövzusu gündəmə gətirilib.

Bildirilib ki, magistral yollar sürət rejiminin yüksək olduğu, intensiv hərəkətin müşahidə edildiyi ərazilərdir. Belə yollarda piyadaların qaydalara uyğun davranışı həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.

Rubrikada məhz bu mövzuya toxunularaq “Piyadalar magistral yolu haradan keçməlidirlər?” sualına rəsmi izah verilib.

Vurğulanıb ki, piyadalar magistral yollarda yalnız yeraltı və ya yerüstü keçidlərdən, bu keçidlər olmadıqda isə xüsusi nişan və ya işıqforla təzimlənən piyada keçidlərindən istifadə etməklə yolu keçə bilərlər.

Qeyd edək ki, layihənin məqsədi hərəkət iştirakçılarının gündəlik həyatda üzləşdikləri suallara sadə və aydın cavablar təqdim etməklə, onların yol hərəkəti qaydaları barədə biliklərini artırmaqdır.

 

 

Chosen
25
9
azertag.az

10Sources