Qazaxıstan Çinə göndərilən mallara gömrük rüsumlarını azaltmağı təklif edib. Bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyevin Çinin ticarət naziri Van Ventao ilə görüşünün nəticələrinə dair nazirliyin yaydığı məlumatda qeyd olunub.
"Qazaxıstan tərəfi Çin Xalq Respublikasında Qazaxıstan mallarına idxal rüsumlarının azaldılması məsələsinə baxmağı təklif edib, həmçinin Qazaxıstan Respublikası ərazisində Çin kapitalının iştirakı ilə xammalın dərin emalı üzrə layihələrin yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb", - məlumatda deyilir.
Tərəflər həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artdığını qeyd ediblər. Belə ki, cari ilin I yarısında bu rəqəm 21,8 milyard dollar təşkil edib ki, bu da "2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini iki dəfə artırmaq vəzifəsinin reallığını təsdiqləyir".
Mətləb