EN

Rusiyada ilk dəfə qadın nüvə buzqıran gəmisinə kapitan təyin edilib

Rusiyada ilk dəfə olaraq qadın dənizçi nüvə ilə işləyən buzqıran gəmisinə kapitan təyin olunub. Vətəninfo.az xəbər verir ki, Marina Starovoitova “Yamal” adlı nüvə buzqıran gəmisinin kapitanı vəzifəsinə gətirilib. O, bu təyinata qədər həmin gəmidə baş köməkçi kimi çalışıb.

Məlumatı “Rosatom”un mətbuat xidməti yayıb. Bildirilib ki, təyinat haqqında xəbər Rusiya nüvə sənayesinin 80 illik yubileyinə həsr olunmuş bayram konsertində elan olunub.

Rəsmi mərasim zamanı kapitan döş nişanı Starovoitovaya səhnədə təqdim olunub. Nişanı ona Murmansk Atomflot veteranlar təşkilatının fəxri prezidenti, uzaq məsafəli gəmi kapitanı Aleksandr Barinov təqdim edib.

“Kapitan olmaq nüvə donanmasının ənənələrini davam etdirmək, ekipajı və buzqıran gəmini qorumaq deməkdir. Mən bunu özüm üçün əsas vəzifə hesab edirəm,” – deyə Marina Starovoitova çıxışında bildirib.

Qeyd edək ki, Starovoitova əvvəlcə Bryansk Dövlət Universitetini bitirib və bir müddət kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Daha sonra o, S. O. Makarov adına Dövlət Dəniz Akademiyasını dəniz mühəndisi ixtisası üzrə başa vurub. Starovoitovanın 20 ildən artıq dənizçilik təcrübəsi var.

Chosen
81
veteninfo.az

1Sources