EN

Gürcüstan Azərbaycandan elektrik enerjisi alışını 21%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana təqribən464,6 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 26,6milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 32 milyon kVt/saat və ya 7,4%, dəyərifadəsi ilə 4,6 milyon ABŞ dolları, yaxud 20,8% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində GürcüstandanAzərbaycana 1,3 milyon ABŞ dolları dəyərində, 20,8 milyon kVt/saathəcmində elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 486 min ABŞ dolları və ya 26,4% az, həcm ifadəsində isə7,5 milyon kVt/saat və ya 26,4% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandanAzərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saatelektrik enerjisi idxal edilib.

Chosen
1
5
az.trend.az

6Sources