EN

Region komandası yerli baş məşqçiyə tapşırıldı - SON DƏQİQƏ

II Liqanın iştirakçılarından «Araz-Saatlı»da yeni baş məşqçi təyinatı olub.

Çempionatda ikinci mövsümünü keçirəcək aran təmsilçisi Elşən Atakişiyevi görəvə gətirib. O, bunadək uşaq futbolunda çalışıb.

E.Atakişiyevin özü keçmiş oyunçudur.

Vaxtilə MOİK, «İnşaatçı» (Sabirabad) və «Lokomotiv»in (İmişli) formasını geyinib. 23 il qabaq İmişli komandasının heyətində I Liqanın qalibi olub.

Saatlılı mütəxəssis yeni iş yerində Asim İbrahimovu əvəzləyib.

Onun qarşısına yerli gənclərdən ibarət döyüşkən komanda yaratmaq və turnir cədvəlində orta yerlər uğrunda mübarizə aparmaq məqsədi qoyulub.

SPORTİNFO.AZ

Chosen
14
sportinfo.az

1Sources