EN

Yeddi ayda nazirliyin fəaliyyət sahələri üzrə 363 min e-arayış verilib

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 363 min elektron arayış verilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidmətləri yaradılıb.

Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Chosen
28
6
qaziler.az

7Sources