EN

Azərbaycanın qadın güləşçisi: "Bolqarıstana dünya çempionu olmaq üçün yollanmışdım"

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) dünya çempionatına qızıl medal qazanmaq üçün yollanıb.

Bunu "Report"a açıqlamasında Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanan idmançının özü deyib.

O, yarışa ciddi hazırlaşdığını bildirib:

"Bolqarıstana dünya çempionu olmaq üçün getmişdim. Təəssüf ki, alınmadı. Yarımfinalda bəlkə də arxayınlıq qələbə qazanmağıma imkan vermədi. İdmanda məğlubiyyət də var. Hər məğlubiyyət bir dərsdir".

Günay Qurbanova hələ gənc olduğunu və gələcəkdə daha böyük uğurlar qazanmaq istədiyini söyləyib:

"Hələ 17 yaşım var. Bu baxımdan bürünc medalı da yaxşı nəticə saymaq olar. Buna görə də şükür edirəm. Qarşıdakı yarışlarda dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Günay Qurbanova üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.

Chosen
9
2
report.az

3Sources