Hövsanda 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Telegram kanalımız