EN

Şəmkirdə dönərdən zəhərlənənlərin son vəziyyəti açıqlandı

Şəmkirdə dönərdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-a bildirilib ki, ötən gün saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumatda bildirilib ki, zəhərlənənlərdən 9-u kişi, 15-i qadındır:

“Onlardan 14-ü azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”. 

Qeyd edək ki, ötən gün Şəmkirdə yerləşən “Almalı” dönər evində dönərdən zəhərlənmə qeydə alınıb. AQTA-nın yaydığı məlumata görə, iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir. 

Chosen
47
6
avtosfer.az

10Sources