EN

Paşinyan hökuməti sülh sazişinə görə təbrik etdi



Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də nazirlər kabinetinin növbəti iclasını keçirib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan iclasın başlanğıcında hökuməti sülhün bərqərar olması münasibətilə təbrik edib.

Onun sözlərinə görə, bu, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış bəyannamədə qeyd olunub.

Paşinyanın sözlərinə görə, Vaşinqtona getməzdən əvvəl hökumət, genişləndirilmiş Təhlükəsizlik Şurası, prezident, parlament və regional qubernatorların iştirakı ilə məsləhətləşmələr aparılıb. Müzakirələr nəticəsində tərəflər bəyannamənin imzalanmasının zəruri olduğu qənaətinə gəliblər.

"Yaxın gələcəkdə bizi çox iş gözləyir, bu, konstruktiv, dinc və yaradıcı olmalıdır", - Paşinyan vurğulayıb.

aia.az



Chosen
29
3
aia.az

4Sources