EN

Azərbaycan xarici bazarlara nar ixracatı artıb

Bakı.Trend:

Azərbaycan xarici bazarlara nar ixracatı 37,7% artıb

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan xarici bazarlara ixrac olunan kəndtəsərrüfatı məhsulları arasında nar xüsusi yer tutur. Xaricibazarlara nar ixracında artım dinamikası davam edir. Bu ilinyanvar-iyul aylarında ölkəmizdən 4,298.7 min dollar dəyərində5,027.3 ton nar ixrac edilib. Qeyd olunan dövrdə nar ixracatı həcmolaraq 37,7%, dəyər olaraq 31,7% artıb.

Qeyd edilib ki, ölkəmizdə intensiv nar bağlarının salınmasıdövlət tərəfindən subsidiyalaşdırılır:

"İntensiv nar bağları dedikdə Qarabağ, Şərqi Zəngəzur, MərkəziAran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvaniqtisadi rayonlarında vahid ərazidə salınan və sahəsi azı 3 hektarolan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar nəzərdətutulur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın1-dən 2025-ci il mayın 31-dək salınmış intensiv nar bağlarının hərhektarına görə dövlət tərəfindən 3000 manat subsidiya verilir".

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
59
7
az.trend.az

8Sources